!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Liviyada bombardman: 42 nəfər öldürüldü

!Reklam – Yazi

Liviyanın cənub-qərbində qiyamçı general Xəlifə Həftarın silahlı qüvvələrinin bombardmanı nəticəsində ən azı 42 nəfərin öldüyü bildirilir. 

Yenicag.az xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, hava hücumlarının qurbanları Murzuq qəsəbəsində bir toy mərasimində iştirak edənlər olublar.

Həftarın komandanlığı altında qiyamçı qoşunların qərargahından yayılan məlumatda deyilir ki, ölkənin şərqində yerləşən hərbi hava qüvvələri dronlar vasitəsilə həmin ərazini hədəfə alıb. Lakin məlumatda dinc əhali arasında çoxlu sayda itkilər olması inkar edilib. Həftarın maliyyələşdirdiyi media orqanları isə bildiriblər ki, hərbi məqsədlər üçün istifadə edilən dronlar həmin ərazidə general Həftara müxalif olan Çad mənşəli Tebu etnik qrupunu hədəf alıb.

Liviyada silahlı münaqişələr 2011-ci ildə Muammər Qəddafinin uzunmüddətli hakimiyyətinin sona çatmasından sonra davam edir./AZƏRTAC/

www.yenicag.az

950
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv