!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lökbatanda tikilən obyektin sahibi səkini zəbt edib – VİDEO

!Reklam – Yazi

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində piyada səkisinin böyük hissəsi zəbt edilib.

Yenicag.az ARB XƏBƏR-ə istinadən xəbər verir ki, sözügedən ərazidə piyada səkisində obyekt tikintisi üçün metal konstruksiyalar quraşdırılıb.

Bu da ərazidən keçən piyadalara narahatlıq yaradır.

Özünü obyekt sahibi kimi adlandıran şəxs bütün sənədlərin yerində olduğunu və qanuni olaraq verildiyini vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Ramiz İdrisoğludan verilən məlumata əsasən, sözügedən obyekti tikməyə icazəverici sənəd yoxdur və qanunsuz metal konstruksiyanın quraşdırılması faktı aşkarlanaraq tikinti cəhdinin qarşısı alınıb.

“Fakt üzrə müvafiq qaydada akt tərtib edilərək ərazinin nəzarətdə saxlanılması, qısa zamanda söküntü və digər tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına və RİH-yə məlumat verilib”, – deyə qurum rəsmisi əlavə edib.

“Vətəndaşın təqdim etdiyi sənədlərdən görünür ki, 2000-ci il tarixində yerli icra orqanları tərəfindən tikintiyə icazə sənədi verilib. Hal-hazırda sənədlər icraatdadır. Onların araşdırma işləri həyata keçirilir. Müvafiq dövlət qurumları ilə birlikdə vətəndaşları narahat edən məsələlər, yüngül konstruksiyanın qurulması işləri haqqında hüquqi addımlar atılacaq”, – deyə Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri Həsrət Almasov məlumat verib.

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv