!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lökbatanın bitməyən su problemi: Sakinlərin müraciətləri "havadan asılı qalır" - ŞİKAYƏT

!Reklam – Yazi

Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan sakinlər su çatışmazlığından əziyyət çəkirlər.

Yenicag.az-a daxil olan şikayətə görə, artıq uzun müddətir Lökbatan qəsəbəsinin bəzi ərazilərinə su ya günlərlə verilmir, ya da günün yalnız müəyyən saatlarında aşağı təzyiqlə verilir. Suyun təzyiqi o qədər aşağı olur ki, yuxarı mərtəbələrdə yaşayan vətandaşlara su qalxmır. Bu isə həmən sakinlərin susuzluqdan əziyyət çəkməsinə səbəb olur.

Sakinlərin sözlərinə görə, bu problemlə bağlı dəfələrlə Qaradağ Rayon Su-Kanal İdarəsinə müraciət etsələr də, gözlənilən nəticəni əldə edə bilmirlər. Qurum onlara problemin qısa zamanda həll ediləcəyini bildirsə də, həlli istiqamətində heç bir iş görülmür. “Azərsu” ASC-nin qaynar xətti isə həmin ərazidə heç bir problemin olmadığını bildirir.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında bildirib ki, sakinlərin şikayətinə tezliklə baxılacaq:

“Sözügedən ərazidə yaşayan sakinlərin şikayətini araşdırdıq. Məlum oldu ki, həmin ərazidə həqiqətən suyun təzyiqinin aşağı olması kimi prablem var. Bu problem isə Lökbatan qəsəbəsinə gedən magistral kəmərdə baş vermiş qəza ilə əlaqədər yaranıb. Həmin ərazilərdə suyun normal təzyiqlə verilməsi üçün artıq hidravi rejimlər bərpa olunub”.

Mövzunu diqqətdə saxlayacağıq.

Məsimə Məmmədova

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv