!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lombarda artan tələbat: "Keyfiyyətsiz xidmətə yol açılıb"

!Reklam – Yazi

“Yeni qərar lombardların öz fəaliyyətində daha məsuliyyətli olmasına yol açacaq”.

Bu sözləri Azərbaycanda lombardlara tələbatın kifayət qədər çoxalmasının təsirlərini şərh edən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçı hesab edir ki, indiki halda lombardın fəaliyyətində qanunsuzluq və vətəndaşların aldadılması faktorları mövcuddur:

“Son dövrlərdə tələbatın artması fonunda lombardların sayında artım müşahidə olunur. Vətəndaşların lombarda marağının artmasının əsas səbəbi qısa müddət ərzində daha asan vəsait əldə edə bilməsidir. Çünki lombardın prinsip və mexanizmi olduqca sadədədir. Təəssüf ki, tələbatın artması daha çox keyfiyyətsiz xidmətə yol açıb. Bura insanların girovlarının düzgün qiymətləndirilməməsi, girovların normal qaydada saxlanmaması və geri qaytarılma zamanı müəyyən problemlərin ortaya çıxması kimi amillər daxildir. Nəticədə insanların lombarda ehtiyaclarının olmasına baxmayaraq, bu cür xidmətdən narazı qalırlar.

Ötən ilin yaz sessiyasında Milli Məclisdə lombardlar haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Qərara görə, lombardlar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilən lisenziya əsasənda fəaliyyət göstərəcəklər. Bu kontekstdə konkret detallar ortaya qoyulacaq. Bu qərar qanunsuzluqlara qarşı mübarizə ilə yanaşı, lombardların öz fəaliyyətində daha məsuliyyətli olmasına yol açacaq”.

Gülşən Şərif

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv