!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lombardlara artan TƏLƏB: "Kredit institutunun inkişafı əsas götürülməlidir" - İqtisadçı

!Reklam – Yazi

Lombardlarla bağlı yeni qanunvericilik bazasının yaradılması gözlənilir. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardlardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir.

Ümumilikdə, lombarda artan maraqla bağlı Azərbaycan İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, lombardlara tələbin artması, ilk növbədə, kredit əlçatanlığı üzrə yaranan problemlərlə əlaqəlidir:

“Kredit faizlərinin əlçatanlığı aşağı səviyyədə olanda əhali və biznes alternativ mənbələrə üz tutur. Lombard həmin alternativ mənbələrdən biridir. Əgər ölkədə daxili kreditləşmə və investisiya institutu effektiv fəaliyyət göstərərsə, yüksək faizlərlə işləyən lombardlara üz tutanların sayı azalar. Belə olan halda, lombardlar da kredit götürənlərə qarşı şərtlərini yumşaltmağa məcbur olacaqlar. Ölkədə daxili kredit institutunun zəif fəaliyyəti biznes qurmaq istəyən insanların alternativ mənbələrə meyilli olmasına yol açır. Lombardlar bu fürsətdən istifadə edərək özləri üçün iqtisadi cəhətdən daha sərfəli şərtlər tətbiq edirlər.

Lombardlarla bağlı yeni qanunvericilik bazasının yaradılması ilə yanaşı, bütövlükdə, kredit institutunun inkişafı əsas götürülməlidir. Bununla yanaşı, lombard bazası genişləndirilməli və kredit götürənlərin girov qoymaq imkanları artırılmalıdır. Əks halda, tətbiq olunan indiki girov bazası ölkədə kredit axının lazımi səviyyədə inkişafına imkan vermir. Digər problem odur ki, yüksək faizlə götürülən kreditlərin geri qaytarılması ehtimalı daha azdır. Ona görə də bank riskləri institutu nəzərə alınmaqla kredit faizləri yumşaldılmalı və kredit axınları düzgün idarə olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv