!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

London-İrəvan təmaslarında ARTAN İNTENSİVLİK: “Bu əlaqələrin Azərbaycana mümkün təsiri...”

!Reklam – Yazi

“Böyük Britaniya Fransadan fərqli olaraq, Azərbaycanın strateji tərəfdaşı olsa da, regionun digər dövlətləri ilə də münasibətləri düzgün tənzimləyir”.

Bu fikirləri son zamanlar Böyük Britaniya ilə Ermənistan arasında diplomatik təmasların intensivləşməsinin yaxın perspektiv üçün mümkün nəticələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Böyük Britaniyanın Cənubi Qafqazdakı əsas strateji tərəfdaşı Azərbaycandır:

“Həm tarixi, həm də müstəqilliyimizi bərpa etdikdən sonrakı dövrdə iqtisadi əlaqələri müşahidə etsək, Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin hansı səviyyədə olduğunu daha aydın görə bilərik.

Həmçinin Böyük Britaniya Cənubi Qafqazın digər dövlətləri ilə də əməkdaşlıq münasibətləri qurur. Bu isə Azərbaycana hər hansı formada təsir etmir. Doğrudur, son zamanlar Ermənistan və Böyük Britaniya arasında təmaslar intensivləşib.

Bunun yaxşı hal olduğunu düşünürəm. Avropanın digər ölkəsi Fransa isə obyektiv siyasət yürütmədi və ermənipərəst mövqe sərgiləyərək Azərbaycanla mövcud münasibətləri pozdu. Nəticə etibarilə Paris Cənubi Qafqazda möhkəmlənə bilmədi.

Ancaq Böyük Britaniya Fransadan fərqli olaraq, Azərbaycanın strateji tərəfdaşı olsa da, regionun digər dövlətləri ilə də münasibətləri düzgün tənzimləyir. Belə olduğu halda isə Londonun regionda daha da möhkəmlənmək imkanları daha da artır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv