!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

London Məhkəməsi Cavanşir Feyziyevin 50 milyonluq əmlakına həbs qoydu

!Reklam – Yazi

Fevralın 23-də London Ali Məhkəməsi deputat Cavanşir Feyziyev və onun həyat yoldaşına məxsus 39 milyon funt-sterlinq (təxminən 50 milyon dollar) dəyərində 22 daşınmaz əmlaka həbs qoyub.

“Unikal” xəbər verir ki, bu barədə Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Mərkəzi (OCCRP) məlumat yayıb.

Sənədlərə əsasən, Feyziyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilən daşınmaz əmlakın ümumi dəyəri 63 milyon dollardan çoxdur. Bildirilir ki, 2023-cü ilin iyununda London məhkəməsi Böyük Britaniyanın Milli Cinayət Agentliyinin (NCA) sorğusu əsasında daşınmaz əmlakı dondurub. Bu iş üzrə məhkəmə artıq yekunlaşıb. Məhkəmənin qərarına əsasən, deputatın London banklarındakı hesablarında olan on milyonlarla dollar vəsait dondurulub. 2022-ci ildə isə məhkəmə bu məbləğdən 7 milyon 560 min dolların (5,6 milyon funt sterlinq) müsadirə edilməsinə qərar verib. Qalan vəsaitlər isə hələ də həbsdədir.

Agentlik bildirirdi ki, bu pullar “fövqəladə mürəkkəb” mexanizmlə hərəkət etdirilib.

Sözügedən daşınmaz əmlakların arasında ən bahalısı Londonda Chelsea Barracks adlanan yaşayış komleksində 26 milyon funt sterlinqə (33.4 milyon dollar) alınıb.
Dondurulmuş qalan mülklər dəbdəbəli Regent Park rayonundakı mənzil və Şimal-Qərbi Londonda yeni tikililərdə alınmış 19 mənzildir. Bildirilir ki, Feyziyev bu mənzillərin alınmasına 2008 və 2018-ci illər arasında 10 milyon funt sterlinq (13.7 milyon dollar) xərcləyib.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv