Reklam: High Technic
hightechnic

London Rusiyanın iştirakına yox dedi

65238Böyük Britaniya paytaxtında bu ili sentyabrın sentyabrın 15-dən 18-dək hərbi texnika sərgisi keçiriləcək.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Londonda baş tutacaq DSEI-2015 hərbi texnika sərgisində Rusiyanın iştirakına yox deyib. Buna səbəb iki ölkə arasında Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı fikir ayrılığıdır.

Bu barədə Rusiyanın “Rostex” dövlət korparasiyası baş direktorunun xarici iqtisadi əməkdaşlıq üzrə müavini Dmitriy Şuqaev bildirib.

Onun sözlərinə görə, ingilislər DSEI-2015 sərgisində bizim iştirakımızı rədd edib: “Sizi bu sərgidə görmək istəmirik.”

Xatırladaq ki, 2014-cü ilin yayında Farnboro Beynəlxalq Aviakosmik sərgisində Rusiya nümayəndə heyətinin iştirakında da problem yaranmışdı. O zaman Rusiya nümayəndə heyətinin yarıdan çoxuna Böyük Britaniyaya gəlmək üçün viza verilməmişdi.

www.yenicag.az

75