Reklam: High Technic
hightechnic

“London terrorçusu daha əvvəl mühakimə olunaraq sərbəst buraxılıb” – Baş nazir

Böyük Britaniynın baş naziri Tereza Mey Londonda ötən gün törədilmiş terror aktı ilə bağlı danışıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, terror aktlından sonra ilk dəfə jurnalistlər qarşısına çıxan baş nazir maraqlı detallara toxunaraq, çətin gündə Böyük Britaniyaya dəstək nümayiş etdirən ölkələrə minnətdarlığını bildirib.

Tereza Mey terrorçuların öz acıqıarını günahsız insanlardan çıxardıqlarını deyərək, son hücum qurbanlarının 12 ingilis, 4 fransız uşaq, 2 rumın, 4 cənubi koreyalı, 1 polyak, 1 alman, 1 çinli, 1 amerikalı və 2 yunan olduğunu qeyd edib.

Mey terror hücumu zamanı həlak olan polisin əsl qəhrəmanlıq nümunəsi göstədiyini vurğulayıb. Baş nazirin sözlərinə görə, London terrorçusu daha əvvəl Böyük Britaniyanın MI5 xüsusi xidmət orqanı tərəfindən radikalizm ittihamı ilə tutulub və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Baş nazir terrorçunun şəxsiyyətinin müəyyən edildiyini söyləsə də, onun kimliyini açıqlamayıb. O, terror hücumunun “İslam ideologiyası”nın təsiri ilə təşkil olunduğunu deyib.

Qeyd edək ki, Londanda martın 22-də törədilmiş terror aktına görə məsuliyyətin İŞİD öz üzərinə götürüb.

Yeniçağ.Az

www.yenicag.az

86