Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

London Vaşinqtonun etirazına məhəl qoymadı: 5G Çin şirkətinə həvalə edildi

Böyük Britaniya hökumətinin gizli müşavirəsindən kənara informasiya sızması ciddi qalmaqala səbəb olub.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, həmin müşavirədə təhlükəsizliklə bağlı xəbərdarlıqlara baxmayaraq, Britaniyada 5G şəbəkəsinin qurulmasına yönəlik layihənin Çinin “Huawei” şirkətinə həvalə olunmasına razılıq ifadə olunub.

Məlumata görə, bu barədə ilkin qərar çərşənbə axşamı günü Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Kabinetin “stajlı” üzvlərindən biri isə məlum informasiya sızmasını “ağlasığmaz hal” adlandırıb.

“Daili Telegraph”ın yazdığına görə, “Huawei” şirkətinin məhsullarından xüsusi əhəmiyyəti olmayan konstruksiyalarda istifadə olunması nəzərdə tutulur.

Qeyd olunur ki, ABŞ texnoloji sahədə Çinlə əməkdaşlıq etməməsi üçün Britaniyaya etirazını bildirib.

Loading...

www.yenicag.az

2552
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100