​Lotereyadan rekord uduşları kimlər qazanıb? – FOTO

Hər bir insanın xəyallarında gözlənilmədən milyonlarla pul qazanmaq arzusu var. Lotereya oyunları isə bu arzunu gerçəyə çevirmək üçün ən böyük fürsətlərdən biridir. Dünyanın müxtəlif ölkələrində keçirilən tirajlı lotereya oyunlarında milyonlarla insan şansını sınayır və bəziləri isə həyatlarını köklü şəkildə dəyişən böyük uduşlar qazanırlar. Azərbaycanda da bu oyunlara maraq böyükdür və zaman-zaman yerli iştirakçılar da gözlənilməz qələbələrə imza atıblar. Bu məqalədə dünya və Azərbaycan tarixində qazanılan ən böyük lotereya uduşlarını, onların sahiblərini və bu uğurun onların həyatına necə təsir etdiyini araşdıracağıq.

Tarixin ən böyük cekpotları

1-ci yer – 2 milyard dollar


2022-ci ilin noyabrında ABŞ-ın Powerball lotereyasında bütündünyada rekord olacaq 2 milyard dollar uduş oynanılıb. Qalib isə Kaliforniyadan olan Edvin Kastro adlı şanslı sadə vətəndaşolub. O, şəxsi həyatını qorumaq üçün mükafatlandırmamərasiminə qatılmayıb, həmçinin təşkilatçılara pulları necə hara xərcləyəcəyi barədə heç bir məlumat verməyib.


2-ci yer – 1,765 milyard dollar


2023-cü ilin oktyabrında Powerball-da 1,765 milyard dollarlıqcekpot oynanılıb. Xoşbəxt qalib ictimaiyyətə təqdim edilməsə, onun Kaliforniya vətəndaşı olduğu dəqiqləşib. Çünkidünyada, eləcə Azərbaycanda qanunvericiliyə görəlotereyada qalib olan şəxsin gizli qalmaq seçimi var. Burada könüllülük prinsipinin tətbiqinə ehtiyacın sosial-psixoloji faktorlarla əlaqəli olduğu bildirilir.


3-cü yer – 1,602 milyard dollar


Dünyanın 3-cü ən böyük udulan cekpotu 1,602 milyard dollar olub. 2023-cü ilin avqustunda MegaMillions lotereyasındakı buuduşu qazanan Florida vətəndaşı mükafatını birdəfəlik 878 milyon dollar nağd ödəniş olaraq alıb.

Avropa lotereyasında rekord uduş

Avropanın ən məşhur lotereyalarından biri olan EuroMillions-da da böyük uduşlar qeydə alınıb. Ən böyük cekpot 2022-ci iliniyulunda Böyük Britaniyada oynanılıb 230 milyon avro olub. Qalib anonim qalmağı seçib. 2020-ci ilə qədər maksimum uduş190 milyon avro olub bu məbləğ lotereyanın başladığı 2004-cü ildən bəri dörd dəfə qazanılıb.



Çilingərlikdən milyarderliyəRusiyadakı bəxtəvərlər

Moskva ətrafında yaşayan Nadejda Bartoş övladlarının onadoğum günü münasibətilə aldıqları “Rus Lotto” biletindən 1 milyard rubl udaraq, Rusiyanın lotereya tarixində ən yüksəkcekpot qazanmış şəxs kimi tarixə düşüb.



Rusiyada ikinci lotereya milyarderi isə Nijni Novqoroddan olançilingər Aleksandr Zemskov olub. Qalib olması xəbərinəinanmadığından düz 2 ay uduşunu rəsmiləşdirmək üçünMoskvaya gəlməyib.


Azərbaycanda ən böyük uduşlar

Ölkəmizdə lotoreya oyunları əsasən 90-cı illərin ortalarındanpopulyarlaşmağa başlayıb. “Şeş Qoşa”, “Bəxt oyunu” “Səadət təkəri”, “Yeni binqo”, “Ailə sevinci”, “Piramida”, “Avto- şou”, “5/36”, “Taleh açarıböyük marağa səbəb olaraq, dövrününgeniş yayılmış tirajlı lotereyalarına çevrilib. Bu lotereyalardanyüksək məbləğli cekpotlar, avtomobillər, mənzillər yüzlərləmüxtəlif məişət əşyası qazananlar da az olmayıb.

Qeyd edək ki, 2001-ci ildə “Azərlotereya” ASCnin yaradılmasıilə Azərbaycanda lotereya fəaliyyəti təkmilləşib, vətəndaşların hüquq və mənafelərinin qorunmasına, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına başlanılıb. Bəs bu günə kimi ölkəmizdə ən böyük uduşlar qazanan həmin şanslılar kimlər olub?


“4+4” tirajlı lotereyasında tarixi cekpot

Azərbaycanın lotereya tarixində ən böyük cekpot – 1 milyon manata yaxın məbləğlə Xaçmaz sakini Kamran Məmmədsəidova nəsib olub. O,“4+4” tirajlı lotereya oyununda 913 072 AZN qazanaraq yaddaşlarda qalıb.

Həmin vaxt verdiyi müsahibədə “yuxuda bir milyon manat udduğumu görmüşdüm” deyən Kamran yenidən qalib olacağını inamla təkrarlayıb və adını ölkənin ən bəxtəvər lotereya iştirakçısı kimi tarixə yazdırıb.


İnanmaq işin yarısıdır, deyirlər. Cəmi 2 ay kimi qısa müddət sonra Kamranın yuxusu çin olub. O, bu dəfə “Super Keno”da şansını sınayıb və böyük uduş – 100 000 manat qazanaraq milyonçu olmaq arzusuna çatıb.

Bəxtəvər qalib daha sonra verdiyi müsahibədə bu uduşu qazanacağını da bir neçə gün əvvəl yuxusunda gördüyünü deyib. Ondan uğurunun sirri barədə soruşduqda bunu inamla əlaqələndirib. Digər oyunçulara nə tövsiyə edərdin sualına isə cavabında eyni rəqəmlərlə oynamağı məsləhət görüb. Özü də oyun strategiyasının eyni rəqəmlərlə oynamaq olduğunu açıqlayıb. Yeri gəlmişkən, Kamran Məmmədsəidov nə vaxtsa üçüncü dəfə də böyük uduş qazanacağına inandığını gizlətmir. Bunun reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.





530 359 manatlıq cekpot

2023-cü ildə “4+4” tirajlı lotereyasında növbəti cekpot qazanılıb. 530 359 manatlıq cekpot Saatlı sakini 43 yaşlı Sakin Hüseynova qismət olub. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosiped arzusunu yerinə yetirəcəyini bildirib.



2024-cü ildə isə Qazaxda “Meqa 5/36” lotereyasından 425 364 manatlıq cekpot sahibini sevindirib.

Xəyallarınızı reallaşdırmaq üçün elə indi addım ataraq lotereyada şansınızı sınaya bilərsiniz. Bəlkə də, növbəti bəxtəvərqalib sizsiniz. Şansınızı yoxlamaq üçün bundan gözəl səbəb nə ola bilər?