!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

​Lotereyadan rekord uduşları kimlər qazanıb? - FOTO

!Reklam – Yazi

Hər bir insanın xəyallarında gözlənilmədən milyonlarla pul qazanmaq arzusu var. Lotereya oyunları isə bu arzunu gerçəyə çevirmək üçün ən böyük fürsətlərdən biridir. Dünyanın müxtəlif ölkələrində keçirilən tirajlı lotereya oyunlarında milyonlarla insan şansını sınayır və bəziləri isə həyatlarını köklü şəkildə dəyişən böyük uduşlar qazanırlar. Azərbaycanda da bu oyunlara maraq böyükdür və zaman-zaman yerli iştirakçılar da gözlənilməz qələbələrə imza atıblar. Bu məqalədə dünya və Azərbaycan tarixində qazanılan ən böyük lotereya uduşlarını, onların sahiblərini və bu uğurun onların həyatına necə təsir etdiyini araşdıracağıq.

Tarixin ən böyük cekpotları

1-ci yer – 2 milyard dollar


2022-ci ilin noyabrında ABŞ-ın Powerball lotereyasında bütündünyada rekord olacaq 2 milyard dollar uduş oynanılıb. Qalib isə Kaliforniyadan olan Edvin Kastro adlı şanslı sadə vətəndaşolub. O, şəxsi həyatını qorumaq üçün mükafatlandırmamərasiminə qatılmayıb, həmçinin təşkilatçılara pulları necə hara xərcləyəcəyi barədə heç bir məlumat verməyib.


2-ci yer – 1,765 milyard dollar


2023-cü ilin oktyabrında Powerball-da 1,765 milyard dollarlıqcekpot oynanılıb. Xoşbəxt qalib ictimaiyyətə təqdim edilməsə, onun Kaliforniya vətəndaşı olduğu dəqiqləşib. Çünkidünyada, eləcə Azərbaycanda qanunvericiliyə görəlotereyada qalib olan şəxsin gizli qalmaq seçimi var. Burada könüllülük prinsipinin tətbiqinə ehtiyacın sosial-psixoloji faktorlarla əlaqəli olduğu bildirilir.