!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli”nin adamı saxlanıldı – Pul tələbinə görə

!Reklam – Yazi

Ukraynanın Odessa şəhərində cinayətkar dəstə zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, qəsbkarlıqla məşğul olan cinayətkar dəstəyə Azərbaycandan olan “Kondur” ləqəbli kriminal avtoritet başçılıq edib.

Həmin şəxsin azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

Cinayətkar qruplaşma ötən ay Odessanın Suvorov rayonunda adı açıqlanmayan şəxsin 110 min qrivenini və “Nissan” markalı avtomobilini ələ keçiriblər. Zərərçəkmişdən qəsb edilənlərlə kifayətlənməyən qruplaşma ondan yenidən pul tələb edib.

Tərəflərin görüşünə müdaxilə edən polis cinayətkar qruplaşmanı zərərsizləşdirib.

www.yenicag.az

3480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv