Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Lotu Qulinin cəhdi alınmadı: Şeyx Xəmzətin sui-qəsddən sonra ilk VİDEOSU

Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli, “Şeyx Xəmzət” ləqəbli kriminal avtoritet Xəmzət Qastəmirovun sui-qəsddən sonra ilk videosu yayılıb.

Lotu Qulinin sifarişi ilə Şeyx Xəmzətə qarşı sui-qəsd təşkil edilsə də, cəhd uğursuz alınıb. Nəticədə Xəmzət Qastəmirov sol əlindən və qabırğasından yaralınıb. Bir müddət xəstəxanada müalicə alan avtoritet ayağa qalxıb və Almaniyadakı türk restoranlarından birində görüntülənib. Videodan onun vəziyyətinin yaxşı olduğu görünsə də, restoranda tək əyləşdiyi diqqətdən qaçmayıb.

Xatırladaq ki, Şeyx Xəmzətə qarşı sui-qəsd cəhdi ötən ay baş tutub. Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, Lotu Qulinin yaxın adamı ətrafında olan şəxslərlə görüşüb və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığında ona Şeyx Xəmzəti aradan götürmək təklif edilib. O isə bununla razılaşıb və yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib.

Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi Şeyx və adamlarının gəldiyini görüblər və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Xəmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib.

Türkiyə Xüsusi Xidmət Orqanları tərəfindən əldə olunmuş telefon danışıqları və müəyyən materiallar Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan Şeyx Xəmzətə göndərilib.

Materiallardan müəyyən edilib ki, Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, Lotu Qulinin yaxın adamı ətrafında olan şəxslərlə görüşüb və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığında ona Şeyx Xəmzəti aradan götürmək təklif edilib. O isə bununla razılaşıb və yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib.

Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi Şeyx və adamlarının gəldiyini görüblər və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Xəmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

5224
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM