!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lotu Quli"nin yaxın adamı saxlanıldı - FOTO

!Reklam – Yazi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Ağır Cinayətlər üzrə İstintaq İdarəsi Moskvada birgə əməliyyat keçirib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstənin azərbaycanlı başçısı Fuad Rzayev və dəstənin 10 üzvü saxlanılıb. Məlum olub ki, Fuad Rzayev “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamıdır.

“Afo” ləqəbli Fuad Rzayev meyvə-tərəvəz satışı ilə məşğul olan ticarətçilərdən aylıq pul yığırmış. Hər ay biznesmenlər ona 2 milyon rubl məbləğində pul ödəyirdilər. Lakin iş adamlarından bəziləri hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazdıqdan sonra, Rzayev haqqında cinayət işi başlanıb və axtarışa verilib.

Rzayev ehtiyatlı davranırdı. O, nadir hallarda insanlarla üzbəüz görüşürdü, söhbətlərini daha çox telefon və ya internet yazışmaları ilə aparırdı. Rzayevin biznesmenlərdən yığıdığı pullar məhz onun bank hesabına köçürülürdü. Ukrayna, Türkiyə və Gürcüstanda olan “Afo” Moskvaya gec-gec gəlirdi. Qaldığı otelləri və mənzilləri tez-tez dəyişən Rzayevi yaxalamaq elə də asan deyildi.

Lakin bu yaxınlarda Moskvada ailəsini görməyə gələn “Afo” əməliyyat nəticəsində mənzildə saxlanılıb.

Məlumata görə, saxlanılan zaman o, özünə bir neçə bıçaq xəsarəti yetirib və suallara cavab verməkdən imtina edib.

Onun həyat yoldaşı da saxlanılıb. Aygün adlı qadın saxta sənəd gəzdirməkdə ittiham edilir.

www.yenicag.az

5049
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv