!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Luis Suares karyerasını başa vurur

!Reklam – Yazi

Luis Suares karyerasını başa vurmaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, Braziliyanın “Qremio” klubunda çıxış edən uruqvaylı hücumçu səhhətindəki problemə görə futbolla vidalaşmaq niyyətindədir.

O, bununla bağlı klub rəhbərliyini məlumatlandırıb. 36 yaşlı forvard “Qremio” ilə gələn yay başa çatacaq müqaviləsini qarşılıqlı razılıqla pozacaq.
Uruqvay “Nasional”ının yetirməsi olan Suares Avropada “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və Madrid “Atletiko”sunda forma geyinib.

Mənbə: Esportes GZH

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv