!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lukaşenko cəmiyyətin səfərbərliyə və müharibədə iştiraka reaksiyasından qorxur” – Ukrayna kəşfiyyatı

!Reklam – Yazi

“Belarus hakimiyyəti Rusiyada həyata keçirilən səfərbərlik zamanı yol verilən özbaşınalığı diqqətlə izləyir”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə qismən səfərbərlik elan olunmasının sosial partlayışa çevriləcəyini dərk edir:

“Belarus hakimiyyəti Rusiyada həyata keçirilən səfərbərlik zamanı yol verilən özbaşınalığı diqqətlə izləyir və ölkədə qismən səfərbərlik keçirilməsinin sosial partlayışa çevriləcəyini dərk edir.

Hazırda Belarusun xüsusi xidmət orqanları gizli formada ölkə vətəndaşlarının mümkün səfərbərliyə və bununla əlaqədar baş verə biləcək etiraz aksiyalarında iştiraka hazırlıq niyyətini araşdırırlar.

Bu isə Belarus hakimiyyətinin cəmiyyət tərəfindən dəstəklənmədiyinin etirafı kimi qiymətləndirilə bilər”.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv