!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko KTMT sammitində Azərbaycan və Ermənistan haqqında DANIŞDI

!Reklam – Yazi

Lukaşenko Azərbaycan və Ermənistan haqqında danışıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb. Belarus prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazda sabit və uzunmüddətli sülhün bərqərar olacağına ümid etdiyini deyib.

“Biz Cənubi Qafqazda münaqişənin həllində irəliləyişi alqışlayırıq. Ümid edirik ki, atılan addımlar həmvətənlərimizin – azərbaycanlılar və ermənilərin yaşadığı bu regionda sabit və uzunmüddətli sülhün əsasını qoyacaq. Vurğulayıram: xalqlar, hansı ki, bizimlə dostdur”, – Lukaşenko bildirib.

Belarus prezidenti KTMT-yə üzv ölkələrin başçılarının Minskdə keçirilən sammitindəki çıxışında Ermənistan hakimiyyətini iclasda iştirak etmədiyinə görə qınayıb. O qeyd edib ki, problemli məsələlər demarşla deyil, danışıqlar masası arxasında həll olunmalıdır.

Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev öz çıxışında qeyd edib ki, KTMT ritorikasının üzv dövlətlərin öz ləyaqətini, hərbi-siyasi potensialını və xüsusiyyətlərini nəzərə almaqla sərt və düzgün olmalıdır.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 23-də Minskdə keçirilənsammitdə iştirak etməyib.

Xuraman Etibarlı

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv