!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko Qərbi “Vaqner”lə qorxudur: “Dua etsinlər ki, biz onları...”

!Reklam – Yazi

“Onların minlərlə silahdaşının həlak olduğu Baxmuta silah və texnika Jeşuvdan göndərilirdi”.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri “Vaqner” muzdluların Polşa ərazisinə hücum edəcəklərinə dair məlumata münasibət bildirən Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Polşa tərəfindən yayılan bu iddialar həqiqəti əks etdirmir:

“Vaqner” dəstələrinin Belarus ərazisindən Polşaya doğru hərəkət etmələri haqda iddialar həqiqətdən uzaqdır. Qoy onlar dua etsinlər ki, biz onları ərazimizdə saxlayırıq və təminatları ilə məşğul oluruq. Biz olmasaq, Polşaya keçərək Jeşuv və Varşavaya kedərlər.

Niyə Jeşuv? Onların minlərlə silahdaşının həlak olduğu Baxmuta silah və texnika Jeşuvdan göndərilirdi. “Vaqner”çilər bunu onlara bağışlamayacaqlar”.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv