!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko: "Sülh çox bahadır, onun əvəzini ödəmək lazımdır"

!Reklam – Yazi

“Sülh bahadır, bunun əvəzini ödəməlisən”.

Yenicag.az  BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko “Belci” müəssisəsinin işçiləri ilə söhbəti zamanı bildirib.

O deyib ki, Belarus və onun xalqı heç vaxt indiki qədər yaxşı qorunmayıb.

Onun sözlərinə görə, sülh bahadır və “bunun üçün pul ödəmək lazımdır”, lakin Belarus sakinləri təhlükəsizlikdən narahat olmamalıdırlar.

“Sistem qurulub, silahlı qüvvələr, səfərbərlik ehtiyatı, ərazi müdafiəsi, xalq milisi var. Hər şey düzülüb. İndiki mərhələdə hər şey kifayətdir”, – Lukaşenko qeyd edib.

Bundan əvvəl Belarusun müdafiə naziri Viktor Xrenin bəyan edib ki, respublika istənilən ölkə, o cümlədən NATO üzvü olan ölkələrlə hərbi sahədə əməkdaşlığa hazırdır.

Eyni zamanda o, Belarusun yeni hərbi doktrinasının Avropadakı vəziyyətin nizamlanması və dinc dialoqun başlanması üçün əsas ola biləcəyi barədə fikir bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv