!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko Ukraynadakı müharibədə iştirak etməkdən imtina etdi?

!Reklam – Yazi

“Belarus Prezidenti Aleksandr Lukaşenko, ehtimal ki, Rusiya Prezidenti Vladimir Putinə bəzi güzəştlərə getməkdən və Ukraynadakı müharibədə iştirakdan imtina edib”.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan (ISW) bildirilib.

Belə ki, Putinin Minskə səfəri zamanı hər iki dövlət rəhbəri Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı açıq müzakirələrdən çəkinib. Lakin onlar Belarusun da “Qərb təhlükəsi” ilə üzləşdiyini iddia ediblər. Putin bildirib ki, İttifaq dövlətinin xarici sərhədlərində vəziyyətin “kəskinləşməsi” səbəbindən Belarus hərbi aviasiya ekipajlarına “xüsusi döyüş başlıqlı sursat”lardan istifadə ilə bağlı təlimlərin keçirilməsi mümkün ola bilər.

Bildirilib ki, Lukaşenko Belarus sərhədlərinin Qərbdən və NATO-dan qorunması ritorikasından istifadə edir ki, bununla da Rusiyanın Ukraynaya müdaxiləsində iştirakdan yayınmağa çalışır. Həmçinin qeyd edilib ki, Lukaşenko fevralın 17-də Belarusda nüvə silahının yerləşdirilməsi ehtimalı ilə bağlı da oxşar eyhamlardan istifadə edir.

Belarus prezidenti Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri və “İsgəndər” komplekslərini tədarük edəcəyini qeyd edib. Putin isə bildirib ki, Lukaşenko ilə vahid müdafiə məkanının formalaşdırılması məsələlərini müzakirə ediblər.

ISW analitikləri hesab edirlər ki, bu səbəbdən Belarusun Ukraynadakı müharibədə iştirakı ehtimalı azdır. Əks halda Lukaşenko “sərhədlərin Qərb təhlükəsindən qorunması” ritorikasını “başqa ölkədə təcavüz” şəklində dəyişdirməli olardı./Oxu.az/

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv