!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenkodan danışıqlara ÇAĞIRIŞ: “Masaya oturmaq lazımdır”

!Reklam – Yazi

Belarus prezidenti Rusiya ilə Ukraynanın danışıqlar masasına əyləşmələrinin vacibliyini deyib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə danışıb.

Lukaşenkonun sözlərinə görə, Rusiya da, Belarus da müharibənin ilk günlərindən danışıqların tərəfdarı olub:

“Danışıq msasına oturmaq lazımdır. Bu, Rusiya, eləcə də Belarus prezidentinin lap əvvəldən bəlli olan mövqeyidir. Mən bu mövqeni yüz faiz başqalarından daha dəqiq bilirəm. Çünki Rusiya prezidenti ilə müntəzəm danışırıq. Ona görə də sülh və yalnız sülh!

Qərb isə Rusiyanın süpürüb atmaq və əzmək üçün dəmir-beton möhkəmliyi ilə Ukraynanı dəstəkləməyə qalxdı. Ancaq biz diz çökməyəcəyik. Bu səbəbdən də nə qədər ki, imkan var, dil tapmaq lazımdır”.

A.Zeynalov

 

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv