!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenkodan “güc nümayişi” – Ukrayna ilə sərhədə 7 tabor göndərdi

!Reklam – Yazi

Belarusun Rusiya tərəfindən hərbi təcavüzə məruz qalan Ukraynaya müdaxilə ehtimalı aradan qalxmayıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Belarus özünün Ukrayna ilə sərhədinə 7 taborluq hərbi kontingent cəmləşdirib.

Bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin təmsilçisi Vadim Skibitski ölkənin Hərbi televiziyasına müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, Belarus ordusunun Ukraynaya hərbi müdaxilə ehtimalı aradan qalxmasa da, qonşu ölkənin birbaşa hücuma keçəcəyi hələ gözlənilmir:

“Hazırda Belarus ərazisindən birbaşa hərbi təhlükə yoxdur. Çünki Belarus bizimlə sərhəddə qoşun birləşmələri və onlar üçün idarəetmə sistemləri yaratmayıb. Bu, birbaşa döyüş hazırlığının getdiyini göstərən başlıca elementdir”.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv