!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenkodan YENİ TƏHDİD: “Belarusda tək taktiki deyil, strateji nüvə silahı da yerləşdirilə bilər”

!Reklam – Yazi

“Bizi daxildən parçalamağa çalışan xaricdəki yaramazlar bunun ciddiliyini anlamalıdırlar”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi niyyəti haqda danışan Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus prezidentinin sözlərinə görə, Rusiya ilə Belarus heç bir ölkənin qarşısından geri çəkilməyəcək:

“Əgər lazım gələrsə, Putinlə danışarıq və Belarusda tək taktiki deyil, strateji nüvə silahı da yerləşdirilər.

Bizi daxildən parçalamağa çalışan xaricdəki yaramazlar bunun ciddiliyini anlamalıdırlar.

Biz öz dövlətimizi və xalqımızı müdafiə edərkən, heç bir ölkənin qarşısından geri çəkilməyəcəyik.

Ancaq Belarusda nüvə silahının yerləşdirilməsi təhdid və şantaj yox, dövlətin, xalqın təhlükəsizliyini qorumaq üçündür”.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv