Reklam: High Technic
hightechnic

“LUKOİL-lə “Palmali Holdinq” arasındakı məsələ...” - Vahid Ələkbərov

“LUKOİL-lə “Palmali Holdinq” arasındakı məsələ sırf kommersiya məsələsidir”.

Yenicag.az xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna açıqlamasında Rusiyanın LUKOİL şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

LUKOİL-lə “Palmali” arasındakı məhkəmə çəkişməsini şərh edən Vahid Ələkbərov bildirib ki, bu sırf kommersiya məsələsidir: “Mən bu məsələni şərh etməzdim. Çünki, məsələnin detallarını yaxşı bilmirəm”.

Qeyd edək ki, “Palmali Holding” “Lukoil” şirkətinin törəmə müəssisəsi olan “Litasco”nu məhkəməyə verib. “Palmali”nin London Arbitraj Məhkəməsində qaldırdığı iddiada qeyd edilib ki, “Litasco” Xəzər dənizində daşımaçılıqla bağlı razılaşmanın şərtlərini pozub. “Palmali” “Litasco”dan 2 mlrd. dollarlıq təzminat tələb edir.

“Lukoil” və “Palmali Denizçilik” 2017-ci ilin aprel ayında neft və neft məhsullarının 10 illik daşımasını həyata keçirmək üçün müqavilə imzalayıblar.

www.yenicag.az

594