!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

M.Engin Çoruh: "Xocalı soyqırımının unudulmaması üçün mübarizəni özümüz aparmalıyıq"

!Reklam – Yazi

“İkiüzlülüyün almancası. Doppelmoral” kitabının müəllifi M.Engin Çoruh, Xocalı soyqırımın 30-cu ilində Ştutqart şəhəridən Turan agentliyinin suallarını cavablandırıb.

* * *

Turan: Türkiyə “erməni soyqırımı”  böhtanlarına qarşı təsirli mübarizəni Məclisdəki partiyaların 13 aprel 2005-ci ildə qəbul etdiyi qərardan sonra başladı. Sizin isə Xocalı soyqırımıyla bağlı  araşdırmalarınıza 1990-cı illərin ortalarından başladığınızı görürük. Geriyə baxsanız,diqqəti hansı nöqtələrə cəlb etmək istərdiniz?

Çoruh: Geriyə baxanda əsəbləşir və narahatlıq keçirirəm. Hər şeydən əvvəl  bunu  deyim ki, ilk dəfə 1965-ci ildə gündəmə gətirilən “erməni soyqırımı” barədə universitetdə oxuyarkən bizə heç bir məlumat   verilməmişdi. Çünki “erməni soyqırımı”  olmadığına görə bizə məlumat verməyə ehtiyac da yox idi. Ancaq  gizli bir əlin düyməyə basmasıyla bu nağıl  tədavülə  daxil edilmişdi. 1970-ci illərin əvvəlindən erməni terror təşkilatı diplomatlarımızı qətl etməyə başlamışdı. Yalanlara söykənən “erməni  sıyqırımı”  iddiaları ilk  dəfə 1919-cu ildə ingilislər tərəfindən ortaya  atılıb. Birinci  dünya müharibəsinin axırında inglislər Türkləri tamamilə yox etməyə bəhanə axtarırdılar və bunun üçün “erməni soyqırımı” iddiasıyla “Mavi kitab”ı  çap edib Osmanlı imperiyasında yüksək vəzifə tutmuş xeyli insanı  Malta adasına aparmışdı. Dövlət idarələrində faktlar  axtaran  ingilis prokurorluğu heç bir fakt  tapa bilməyincə Maltada əsir kimi   saxladığı Türklərin hamısını  azad  etmək məcburiyyətində  qaldı. O vaxtdan bəri “erməni soyqırımı”   iddiasıyla gündəmə gətirilən şeylər yalandır. Məsələn, Almaniyanın keçmiş prezidenti  24 aprel 2015-ci  ildəki çıxışında   Franz  Werfelin    yazdığı “Musa dağında    40 gün”  kitabını tarixi sənəd  kimi göstərmişdir. Siz  bu yalanlara qarşı ilk  addımın 2005-ci   ilin aprelində   atıldığını   deyirsiniz. Demək, burada 40 il gecikilib. 1995-ci ildə  bu  araşdırmalara başlamağıma 1992-ci ildə baş  vermiş Xocalı soyqırımı səbəb oldu  və  Almaniyanın arşivlərində axtarışlar  apardım. 1995-ci ildən sonra 1915-ci il  hadisələrini “soyqırım”   kimi  qəbul  etmək  sanki dəbə  mindi. 1999-cu ildə Stutgartda ABŞ-lı tarixçi  professor  Justin McCarthy, professor  Erich Feigl və  Türkiyənin Almaniyadakı  səfir  Pulat  Tacarın   iştirakıyla   iclas təşkil  etdim. Bundestag  2016-cı  ilin iyununda»erməni soyqırımı»nı tanıyan qərar qəbul  etdi, mən də əlimdəki sənədlərlə o qərara  qarşı kitab yazdım.

Turan: Tədqiqatlarını  Xocalı  soyqırımı    üzərində dərinləşdirərkən  Azərbaycandan və ya  Türkiyədən maraqlanıb dəstək verən oldumu?

Çoruh: Arxiv  tədqiqalarım “erməni soyqırımı”  iddilarının tamamilə  yalan olduğunu göstərəndən sonra bir layihə hazırlayıb  Türkiyənin Ştutqart   baş konsulluğu  vasitəsiylə  XİN-ə  göndərdim. İl yarım sonra  aldığım  cavab, təəssüf ki, qaneedici  olmadığına görə   layihəni  həyata keçirə   bilmədik. Baş konsulluğumuzun vasitəsiylə  2012-ci  ildə Ankarada xarici işlər nazirliyinə  dəvət  edildim, məndən layihə  istədilər. Yazıb göndərdim, təsdiq  ediləndən sonra Berlindəki səfirliyə  dəvət  edildim. Yazdığım layihə  dəyişdirilərək  başqa bir  tədqiqatçıya   verildi. Habuki o işə mən davam etsəydim, Bundestag 2016-cı  ildə “erməni soyqırımı”nı tanıyan qərarı   qəbul etməzdi. Doğu  Perinçekin  2008-ci ilin iyununda İsveçrə dövlətini AİHM-ə şikayət   etməsi obyektiv mövqedə  duran bütün insanlar kimi məni də həvəsləndirdi, 2013-cü ili  dekabrında əvvəlcə  AİHM-in, 2015-ci  ilin mayında isə Böyük Palatanın  İsveçrəni haqsız çıxarması araşdırmalarımı  daha  da dərinləşdirməyimə  kömək  etdi. Doğu Perinçek  çox yerində, gərəkli və tarixə  keçən bir  addım atdı.

Turan: Bundstagın  2016-cı ilin iyununda qəbul  etdiyi qərara qarşı  mübarizə  apardığınız  məlumdur. Bununla  bağlı nə demək istəyərdiniz?

Çoruh: Bundestagın  2 iyun  2016-cı ildə qəbul  etdiyi qərarla  almanlar  da imperialistlərin cərgəsinə qoşuldu. Bu, Almaniyanın üzünü  qara çıxaran bir qərardır. Çünki əlimdəki sənədlər  göstərirki, 1915-ci ilin fevralında   ermənilərin Vanda  üsyan  edib şəhəri ələ keçirməsindən onların başqa yerlərə köçürülməsinə  dair qərarı Osmanlı hökuməti birbaşa  Almaniya dövlətinin təlqinləriylə  qəbul  edib. Ruslar  Vana gələndə  ermənilər şəhəri onlara təhvil verərək dövlət elan etmişdi. Şəhərdə qalan 120 min əhali qətlə yetiriləndən sonra almanlar məcbur qalıb erməniləri imperiyanın başqa bölgələrinə  köçürülməsini Osmanlı hökumətinə tövsiyə etmişdi. Bir anlığa gözünüzün qabağına gətirin: 1915-ci ildə dünyanın hansı böyük dövlətinin ərazisində  eyni separatçılıq  hərəkətləri olsaydı, müvafiq  tədbirlər görülməzdi? Birinci  dünya müharibəsi  illərində Osmanlı  imperiyasının Urfa şəhərində olan alman əsgərləri oradakı ermənilərin hamısını qətlə yetirmiş, alman topçuları Musa dağının ətəyindəki Zeytun qəsəbəsindəki erməniləri top  atəşinə  tutmuşdu. Almaniyanın arxivlərində gördüyüm sənədlər  gerçəkləri tamamilə ortaya qoyduğu halda, Bundestagın  o  qərarı tamamilə əsassızdır.

Turan: Soyuq müharibənin başa çatmasından sonrakı ilk soyqırım Azərbaycanın Qarabağ bölgəsinin Xocalı qəsəbəsində ermənilər tərəfindən Azərbaycan mənşəli əhaliyə qarşı törədilib. Kitab və məqalələrinizdə bu məsələni geniş  araşdırmısınız. Xocalı soyqırımın 30-cu ilində  nələr demək istəyərdiniz?

Çoruh: İmperilalist  dövlətlər öz mənafeləri üçün ssenarilər yazıb həyata keçirirlər. Onlar üçün qətlə yetirilən, zülmə məruz  qalan insanların heç bir dəyəri yoxdur. İki  qatilin hamilə qadının qarnını süngüylə yararaq oradakı uşağı qətlə yetirməsinə  nə  ad   vermək olar? Bunlar insan yox, vəhşi  heyvandır. Buna bənzəyən saysız-hesabsız örnək göstərmək olar. Bertolt  Brext nə deyir: ”Bir şeyi bilməmək  cahillikdir, bilib deməmək  isə əxlaqsızlıqdır” Məncə, Xocalı soyqırımına dair həqiqətləri bilən ancaq  deməyən insanlar əxlaqsızdan da betərdir. Həqiqətləri deməyənlər  qatillərə, canilərə xidmət edirlər. Bu, bəşəriyyətin utanması lazım olan durumdur.

Turan: Azərbaycan öz  torpaqlarının xeyli hissəsini işğaldan azad  etməsinə baxmayaraq, 30 il əvvəl ermənilərin soyqırım törətdiyi  Xocalı  hələ də işğal altındadır. Sizcə, bu  vəziyyət Xocalı soyqırımının dünya gündəminin arxa planına keçməsinə səbəb olarmı?

Çoruh: Mənə  görə, “erməni soyqırımı”  yalanlarının dünyanın gündəmində saxlayan imperialistlərin məqsədlərindən biri də   Xocalı soyqırımını   dünya gündəminin yuxarı sıralarında qalmasına mane olmaqdır. Əlbəttə, Rusiya öz mənafeyinə görə qərarlar qəbul edərək həyata keçirməyə  çalşır və  bundan sonra da çalışacaq. Əslində  Rusiyanın Xocalıya  dair planları  bizim özümüzün  göstərəcəyimiz   reaksiyalara bağlıdır. Heç bir  iş  görmədən, yerimizdə   sayaraq onu-bunu  tənqid  etməklə nə   qazana  bilərik? Qüvvələrimizi birləşdirməsək, əks tərəfi nəyə məcbur edə  bilərik? Biz   güclü olsaq, Rusiya  nəinki  Xocalını unutdurmaq, oradan çıxmaq məcburiyyətində qalacaq.

Turan: Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üçün başlayan müzakirələrin müsbət və ya mənfi nəticələnməsi  “soyqırım”  iddialarına  gündəmdə qalıb-qalmamasına necə təsir  göstərəcək?

Çoruh: Səhv olduğunu bilə-bilə Türkiyənin bunları müzakirə etməsi böyük səhvdir. Yaxın gələcəkdə Britaniya və İsrail  parlamentlərində də bu məsələ gündəmə  gələcək ancaq  Türkiyə  prosesləri   müşahidə etməkdən başqa heç bir iş  görmür. İmperialistlərin ən böyük qorxusu  iki qardaş olan  Azərbaycan və  Anadolu Türklərinin birləşməsidir. Qüvvələrimizi   birləşdirməyimiz lazımdır. Ermənilərin içindəki  xoş  niyyətli  insanları öz  tərəfimizə çəkməyi də bacarmalıyıq. Tarix  mütləq həqiqətləri meydana çıxaracaq. Bizim təkidlə çalışmaqdan vaz keçməməyimiz lazımdır. Mənə  bu fürsəti verdiyinizə  görə agentliyinizə minnətdarlığımı   bildirirəm.

www.yenicag.az

1269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv