Reklam

Reklam

Azərbaycan Həndbol Federasiyasında idmançılara vədlər verilib. Yeniçağ.az-ın əldə etdiyi məlumata görə “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovun rəhbəri olduğu qurumda həndbolçulara maaşların qaldırılacağı barədə söz verilib. Ancaq qurum rəhbərliyinin xüsusi şərti var. Həmin maaş artımı milliyə dəvət alan idmançılara şamil olunacaq: ən çox da xanımlardan ibarət milli komandaya

Şərtə görə, Azərbaycan həndbol üzrə milli komandasına daha yaxşı idmançılar seçilməli, uğurlu nəticələr əldə olunmalıdır. Bu ilin ortalarında və sonunda yığmamızın göstərdiyi nəticələr müzakirə olunacaq. Əgər əvvəlki mövsümlə müqayisədə həndbol üzrə milli komanda daha yaxşı nəticə göstərərsə, həm maaşlar artacaq, həm də normal mükafat ala biləcəklər.

Əldə etdiyimiz digər məlumata görə, hazırda yığma komandada forma geyinən yerli xanımlar ayda 350-500 manat arası maaş alırlar. Hətta bir müddət əvvəl onlar bu məbləğin artırılması üçün rəhbərliyə müraciət də ediblər.

 

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.