Macarıstanın öz ərazisində Ukrayna qoşunlarına təlim keçməkdən imtina edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat verib.
“Əgər Macarıstan sülhə doğru irəliləmək istəyirsə, o zaman Rusiyanı müharibəni dayandırmağa çağırmaqla başlaya bilərikdik. Rusiya nümayəndələri ilə görüşlərin sayına görə, belə bir addım üçün fürsət artıq tapılmalı idi”, – Nikolenko vurğulayıb.
Xatırladaq ki, Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi Tamaş Mentser Budapeştin Ukrayna hərbçilərinə öz ərazisində təlim keçməyəcəyini bildirmişdi:
“Bəzi Avropa ölkələri Ukrayna ordusuna təlim keçir. Macarıstan isə yox. Biz müharibəyə deyil, sülhə keçmək istəyirik”. /Unikal/