!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Macarıstan Ukrayna hərbçilərinə təlim keçməkdən imtina etdi

!Reklam – Yazi

Macarıstanın öz ərazisində Ukrayna qoşunlarına təlim keçməkdən imtina edib.  

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat verib.

“Əgər Macarıstan sülhə doğru irəliləmək istəyirsə, o zaman Rusiyanı müharibəni dayandırmağa çağırmaqla başlaya bilərikdik. Rusiya nümayəndələri ilə görüşlərin sayına görə, belə bir addım üçün fürsət artıq tapılmalı idi”, – Nikolenko vurğulayıb.

Xatırladaq ki, Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi Tamaş Mentser Budapeştin Ukrayna hərbçilərinə öz ərazisində təlim keçməyəcəyini bildirmişdi:

“Bəzi Avropa ölkələri Ukrayna ordusuna təlim keçir. Macarıstan  isə yox.  Biz müharibəyə deyil, sülhə keçmək istəyirik”. /Unikal/

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv