!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Macarıstanın Qərbə SƏSLƏNDİ: “Ukraynadakı uğursuzluğunuzu etiraf edin”

!Reklam – Yazi

 

Macarıstan Qərbi Ukraynadakı uğursuzluğunu etiraf etməyə çağırıb.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Peter Siyarto bildirib.

Siyarto hesab edir ki, Qərb ölkələri Ukrayna münaqişəsində öz strategiyasının uğursuzluğunu etiraf etməlidir.

“Qərbi Avropa liderləri etiraf etməlidirlər ki, onların Ukraynada müharibə strategiyası iflasa uğrayıb. Və əgər onlar güclərini silah tədarükünə deyil, sülhə sərf etsəydilər, atəşkəs çoxdan əldə edilmiş olardı”, – XİN rəhbəri vurğulayıb.

Siyartoya görə, Avropa ölkələri öz hərəkətləri ilə getdikcə kəskinləşən “dünya müharibəsi təhlükəsini” yaxınlaşdırırlar.

Eyni zamanda, o, Avropa İttifaqının (Aİ) liderlərini “odla oynamağı” dayandırmağa və münaqişənin Avropa əməliyyatlar teatrına sıçramaması üçün eskalasiyasına qarşı çıxmağa çağırıb.

Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya Avropa qoşunlarının göndərilməsinin mümkünlüyünü bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv