!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mağazaya bıçaqla basqın oldu - Xəsarət alan var

!Reklam – Yazi

Salyanda mağazaya bıçaqla basqın olub, xəsarət alan var.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2 000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Cəfərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılmışdır. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.

Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv