!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Magistral yolda pirotexniki vasitələr olan yük maşını PARTLADI - Ölən var - VİDEO

!Reklam – Yazi

Qırğızıstanda magistral yolda pirotexniki vasitələr olan yük maşını partlayıb.

Yenicag.az qırğız meiasına istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, magistral yolda pirotexniki vasitələr daşıyan yük maşını qəzaya uğrayıb.

İdarənin məlumatına görə, Howo sürücüsü idarəetməni itirərək qəza törədib. Yük maşınının alovlanması onun daşıdığı pirotexniki vasitələrin partlamasına səbəb olub.

Yanğın zamanı yük maşınının sürücüsü ölüb, şəxsiyyəti müəyyənləşdirilir.

Yanğının söndürülməsi üçün iki yanğınsöndürən briqadası cəlb olunub.

Xuraman Etibarlı

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv