!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Magistraturada ixtisas seçimi “ÇƏRÇİVƏSİ”: “Elmi fəaliyyətini davam etdirmək istəyən şəxslər...”

!Reklam – Yazi

“Bakalavrların magistratura üzrə fərqli ixtisaslara keçid ala bilməsi üçün proqram mövcuddur”.

Bu fikirləri magistratura pilləsi üçün ixtisas seçiminin məhdudluğuna münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, elmi fəaliyyətini davam etdirmək istəyən şəxslər öz ixtisasları üzrə ardıcıllığı qorumalıdırlar.

“Müvafiq olaraq ali təhsil müəssisələrinin bakalavr pilləsini bitirən tələbələr magistratura pilləsi üzrə öz ixtisası üzrə təhsilini davam etdirə və yaxud öz ixtisasına yaxın ayrı bir ixtisas üzrə təhsil ala bilər.

Mənim fikrimcə, bakalavr ixtisasından tamamilə fərqli ixtisası üzrə magistr təhsili almaq doğru deyil. Hesab edirəm ki, elmi fəaliyyətini davam etdirmək istəyən şəxslər ixtisası əsasında ardıcıllığı qorumalı və ya ona yaxın ixtisası seçməlidir. Buna görə də magistratura pilləsi üzrə ixtisas seçiminin məhdud olmasını düzgün qiymətləndirirəm.

Bu qayda təkcə bizim ölkədə deyil, dünyanın əksər ölkəsində mövcuddur. Bildiyimiz kimi, bakalavrların magistratura üzrə fərqli ixtisaslara keçid ala bilməsi üçün proqram mövcuddur. Bu MBA istiqamətdir ki, burada tələbələr maliyyə, İT və təhsilin idarə olunması istiqamətində təhsilini davam edə bilər”.

Nuray Məmmədzadə

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv