!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Makron başda olmaqla, Azərbaycana qarşı düşmənçiliyi gücləndirən Fransa rəsmiləri...” - MÖVQE

!Reklam – Yazi

“Kolonnanın Azərbaycana səfəri çərçivəsində apardığı danışıqlar sayəsində münasibətlərin normallaşacağını düşünmək hələ çox tezdir”.

Bu fikirləri Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycana səfərinin iki ölkənin münasibətlərinə mümkün təsirini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, münasibətlərin normallaşması üçün Fransa hakimiyyəti Azərbaycana qarşı əsassız düşmənçiliyə son qoymalıdır:

“Öncə onu bildirim ki, Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin ən kəskin dövrünə təsadüf edir. Bu gərginliyin səbəbi isə Fransanın heç bir əsas olmadan Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürütməsidir. Ona görə də iki ölkənin münasibətlərinin bu vəziyyətə düşməsinin məsuliyyəti rəsmi Parisin üzərindədir.

O baxımdan, sadəcə, Fransanın xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində apardığı danışıqlar sayəsində münasibətlərin normallaşacağını düşünmək hələ çox tezdir. Çünki bu gərginliyin yaranmasına rəvac verən Fransanın yüksək rəsmi şəxsləri sırasında Kolonna ya yoxdur, ya da ən son sıralarda yer ala bilər.

Münasibətlərdə normallaşmanın olması o zaman baş verə bilər ki, başda Emmanuel Makron olmaqla, Azərbaycana qarşı düşmənçiliyi gücləndirən Fransa rəsmiləri geri addım atsınlar. Bu addımlar atılmasa, Azərbaycanla münasibətlərin yumşalacağı təsəvvürə gəlmir.

Hesab edirəm ki, Azərbaycan rəhbərliyi də bu məsələni fransalı nazirin diqqətinə ən qəti şəkildə çatdırıb. Hər halda, Fransanın bu məsələdə tutacağı mövqe Kolonnanın verəcəyi hesabatın Parisdə necə qiymətləndirilməsindən asılı olacaq”.

A.Zeynalov

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv