!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron bu gün onu Fransanın baş naziri elan edəcək

!Reklam – Yazi

Fransa prezidenti Emmanuel Makron Elizabet Bornun baş nazir postundan istefa verməsindən sonra onun varisini bu gün, yanvarın 9-da elan etməyi planlaşdırır. Yeni hökumət başçısı çox güman ki, hazırkı təhsil və gənclər naziri Qabriel Attal olacaq.

Yenicag.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentliyin məlumatına görə, Born yanvarın 8-də dövlət başçısı prezidentliyinin son üç ilinə yeni təkan vermək üçün çoxdan gözlənilən Nazirlər Kabinetində dəyişiklik etməyə hazırlaşarkən istefa verib.

Günlərlə davam edən “güclü pərdəarxası manevrlərdən” sonra 34 yaşlı təhsil və gənclər naziri Qabriel Attal Bornun yerinə favorit olaraq ortaya çıxıb. Ondan başqa, baş nazir postuna mümkün namizədlər arasında 37 yaşlı müdafiə naziri Sebastyen Lekornü və 43 yaşlı keçmiş kənd təsərrüfatı naziri Jülyen Denormandi də var. Bununla belə, agentliyin hökumətə yaxın mənbəsi Attalın ən böyük şansa sahib olduğunu bildirib.

Xatırladaq ki, Fransa sisteminə əsasən, prezident ümumi siyasəti müəyyən edir, baş nazir isə hökumətin gündəlik işinə cavabdehdir. Yeni baş nazir 2017-ci ildən bəri Makronun prezidentliyi dövründə dördüncü hökumət başçısı olacaq.

Yanvarın 8-də Fransanın baş naziri Elizabet Born istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Eyni zamanda qeyd edilir ki, o və komandası yeni hökumət təyin olunana qədər gündəlik işlərlə məşğul olacaq.

Born Fransanın baş naziri postunu tutan ikinci qadın olub. 30 il əvvəl Edit Kresson 11 ay bu vəzifədə çalışıb.

Elizabet Born 2017-ci ildən yüksək dövlət vəzifələrində çalışır. 2022-ci ildə Fransanın baş naziri oldu.

Onu da xatırladaq ki, 2023-cü ilin iyulunda Fransada 16 nazirdən ibarət yeni hökumət formalaşdırılıb./Qaynarinfo

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv