!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı, təhqir edildi - VİDEO

!Reklam – Yazi

Fransada keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimində iştirak edən tamaşaçılar çıxış edən prezident Emmanuel Makronu fitə basıblar.

Bu barədə Yenicag.az “Le Parisien” nəşrinə istinadən xəbər verir.

Mərasimdə öncə Dünya Reqbi Prezidenti Bill Bomont çıxış edib. Daha sonra kürsüyə Makron dəvət edilib. Bu zaman tamaşaçılar onu fit basıblar.

Yalnız onun bütün çempionat iştirakçılarını və Fransa millisini dəstəkləməyə çağırışından sonra tribunalarda olanlar fit çalmağı dayandırıblar.

“AFP” agentliyi öz növbəsində qeyd edib ki, Marsel və Parisin fan zonalarında da dövlət başçısının ünvanına fit və təhqirlər eşidilib.

 

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv