!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron: "İranın bu bəyanatları qəbuledilməzdir"

!Reklam – Yazi

Makron İranın HƏMAS-ı dəstəkləyən şərhlərini “qəbuledilməz” hesab edib.

Yenicag.az xəbər verir ki, bu barədə Makron Almaniya kansleri Olaf Şolts ilə keçirdiyi mətbuat konfransında deyib.

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, “İranın HƏMAS-ın İsrailə hücumuna göz yumması qəbuledilməzdir”.

O bildirib ki, Fransa İranın bu hücumda birbaşa iştirak edib-etmədiyini öyrənir:

“İranın birbaşa iştirakı ilə bağlı heç bir şərhim yoxdur, əlimizdə heç bir rəsmi dəlil yoxdur. Lakin İran hakimiyyətinin ictimai şərhlərindən hər şey aydın olur və qəbuledilməzdir… Və çox güman ki, HƏMAS-a yardım təklif edilib. Ancaq mən kəşfiyyatı stabilləşdirənə qədər bu məsələdə ehtiyatlı olacağam”.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi İsrail və Qəzzada baş verən son hadisələr zamanı 4 fransızın öldüyünü təsdiqləyib.

Xuraman Etibarlı

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv