!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Makron odla oynayır" - Rusiya XİN

!Reklam – Yazi

Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi personalın göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır.

Yenicag.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.

“Belə söhbətlər narahatlığa səbəb olmaya bilməz. Ukraynaya hərbi müdaxiləyə çağıran siyasətçilər odla oynayırlar”, – diplomat Fransa liderinin müvafiq bəyanatlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər: “Onlar böhranın eskalasiyası və böyüməsi risklərini dərk etmirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejiminə silah tədarükünün davam etdirilməsinin nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”./unikal

www.yenicag.az

109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv