!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron ölkəni bürümüş iğtişaşların pik həddinin başa çatdığını bildirdi

!Reklam – Yazi

Fransa Prezidenti Emmanuel Makron ölkəni bürümüş iğtişaşların pik həddinin başa çatdığını bildirib.

Yenicag.az BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Prezident Makron Yelisey Sarayında ölkənin 241 şəhərinin meri ilə görüşdə deyib.

“Mütləq prioritet olaraq həll etməli olduğumuz davamlı sabitlikdir. Gələcək günlər və həftələrdə ayıq-sayıq, diqqətli olacağam, amma pik hədd artıq keçdi”, – Makron bildirib.

Xatırladaq ki, iyunun 26-da Paris ətrafında 17 yaşlı oğlanın polis tərəfindən öldürülməsindən sonra Fransada etiraz aksiyaları başlayıb və qısa zamanda zorakı xarakter alıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 27-dən 28-nə keçən gecədən bəri iğtişaşlarda ümumilikdə 3486 nəfər saxlanılıb, 12202 avtomobil yandırılıb, 1105 bina yandırılıb və ya zədələnib, milli polis, jandarm və ya bələdiyyə polisinin 209 binası hücuma məruz qalıb.

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv