!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Makron ona "WhatsApp"da zəng etməyimə icazə verib” – Vladimir Zelenski

!Reklam – Yazi

“Bu ölkələrin liderləri ilə yaxşı münasibətlərimizlə yanaşı “ayfon-diplomatiyası”da formalaşıb”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri bir sıra ölkələrin liderləri ilə münasibəti haqda danışan Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ZDF kanalına müsahibəsində deyib.

O bildirib ki, Ukraynaya dost sayılan ölkələrin başçıları ilə müntəzəm telefon əlaqəsi saxlayır:

“Böyük Britaniyanın sabiq baş naziri Boris Consonla çox yaxın münasibətimiz olub. O cümlədən Polşa, Latviya, Litva prezidentləri ilə münasibətlərimiz yaxındır. Onlara vaxtaşırı zəng edirəm. Telefon söhbətlərimiz “protokol əsasında” keçmir.

Emmanuel Makron da həmişə “mənə zəng et” deyir. Makron ona “WhatsApp”da zəng etməyimə icazə verib. Eyni zamanda, ABŞ və Almaniya liderləri ilə münasibətlərimiz də yaxşıdır. Telefon əlaqələrini qeyd etməklə, aramızda “ayfon diplomatiyası”nın da yarandığını bildirmək istədim”.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv