!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun Yeni Kaledoniya səfəri: Fransa bu qüvvələri arxipelaqdan çıxarmaq istəmir

!Reklam – Yazi

Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya müstəqillik tərəfdarlarının etirazları fonunda gəlib və bildirib ki, səfərinin məqsədi xalqa dəstək olmaq və onlara sakitliyi təmin etməkdir.

Yenicag.az xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanin sözlərinə görə, “səfərdən sonra prezident adalarda siyasi şəxslərə deyil, inzibati şəxslərə” həvalə edilmiş “missiya”nın yaradılmasını elan etməlidir.

Fransa prezidenti arxipelaqda olarkən bildirib ki, Fransa polisi və jandarm qüvvələri lazım olduğu qədər Yeni Kaledoniyada qalacaq.

Qeyd edək ki, Fransa Ali Komissarlığının Yeni Kaledoniyadakı ofisinə səfəri zamanı Makron arxipelaqda yerləşdirilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayının 3000-ə çatdırılacağını bildirib və əlavə edib ki, onların mövcudluğu, hətta Olimpiya və Paralimpiya Oyunları zamanı da davam edə bilər.

Rafi Müslümov

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv