!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maliyyə və əmlak amnistiyası: Qanunsuz tikililərə qarşı necə mübarizə aparılacaq? - ŞƏRH

!Reklam – Yazi

“Bir çox vətəndaşlarımız illərdir ki, qanunsuz tikililərdə yaşayırlar və sənədləşmə imkanları əldə edə bilmirlər”.

Bu sözləri ölkədə “Maliyyə və əmlak amnistiyası” haqqında yeni yaradılacaq qanun layihəsinə münasibət bildirən AQC-nin sədri, daşınmaz əmlak üzrə ekspert Vüqar Oruc Yenicag.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, qanun layihəsinin hazırlanmasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də aktivliyini göstərməlidir:

“Biz bu haqda təklifi çoxdan etmişdik. Bu qərar ölkədə daşınmaz əmlak sektorunun strukturlaşma və sənədləşmə işində problemlərin aradan qalxmasına töhfə verə bilər. Həmçinin bu qərar daşınmaz əmlak bazarına öz təsirini göstərəcək. Bildiyimiz kimi, bazarda qanunsuz tikililərlə sənədli tikililər arasında qiymət fərqi var və bu da onların leqallaşması istiqamətində suallara cavab tapmaqla yanaşı aradakı qiymət fərqinə də təsirsiz ötüşməyəcək. Sözügedən qanunun tətbiqi zamanı vətəndaşların həyatı üçün təhlükəli olan ərazilər də nəzərə alınmalıdır. Burada söhbətin hansı tikililərdən getməsi aydın olmalıdır. Həmçinin FHN-nin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də bu prosesdə aktiv iştirak etməlidir. Çünki birmənalı şəkildə qanunsuz tikililərin hamısına amnistiyanın verilməsi bu və ya digər formada problemlərin meydana gəlməsinə səbəb ola bilər. Digər tərəfdən sənədləşdirmə məsələləri olduqca önəm kəsb edir. Məhz bu amnistiya prosesindən sonra qanunsuz tikililərə qarşı ciddi nəzarət prosesləri həyata keçirilməsi əhəmiyyətlidir. Bu amnistiya icra edildikdən sonra məsələ hər hansısa dövlət qurumuna həvalə olunmalıdır ki, yerli icra orqanları və bələdiyyələr özbaşına tikililərin mövcudluğuna şərait yaratmasınlar. Belə ki, hansısa məmur və ya strukturun yenidən bu istiqamətdə addımlar atması növbəti amnistiyalar üçün zəmin yarada bilər. Buna görə də hesab edirəm ki, siyahının müəyyən olunması, şərtlərin hansı tikililərə şamil edilməsi öncədən müəyyənləşdirilməlidir.

Eyni zamanda bir çox vətəndaşlarımız illərdir ki, qanunsuz tikililərdə yaşayırlar və sənədləşmə imkanları əldə edə bilmirlər. Bu baxımdan amnistiyanın verilməsi həmin şəxslərə müvafiq daşınmaz əmlak reyestrindən sənədlərini əldə etməyə şərait yaradacaq.

Yarımçıq tikililərə gəldikdə isə, fikrimcə, onların sayı, perspektivi, təhlükəsizliyi kimi faktorları nəzərə alınaraq barələrində araşdırma aparmaq məqsədəuyğundur. Düşünürəm ki, bu araşdırma onların gələcək taleyi üçün zəruridir”.

Yusif Səmədzadə

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv