!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Manaf Ağayevdən həmkarına İSMARIŞ: “Heç xəcalət çəkmirsən?”

!Reklam – Yazi

“Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma…”

Yenicag.az xəbər verir ki, bunu müğənni Manaf Ağayev həbsdə olarkən ona etibarsızlıq edən sənət dostları ilə bağlı açıqlamasında deyib.

Manaf ona xəyal qırıqlığı yaşadan sənət dostları arasında müğənni Vasif Məhərrəmlinin də olduğunu bildirib:

“Dost sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma özüm gördüm. Yıxılma, yıxıldınsa, məhv oldun. Bu cameəni hər zaman müdafiə etmişəm, amma dostluqlar boş imiş. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Heç xəcalət çəkmirsən, utanmırsan? Dostlarım var idi, bir stəkan çayımı içməyib. Xəcalət çəkdim ki, niyə düz yaşamamışam? Elə insanlar yada saldı, yanımda oldu. Heç buna ehtiyacı da yox idi, ancaq insanlıq etdi”.

Sənətçi bu barədə “Səhər mərkəzi” verilişində danışıb.

Nehru

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv