!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Manafın dostluqdan çıxardığı Vasif Məhərrəmli SUSMADI: “Sonra peşmanlığını...”

!Reklam – Yazi

Müğənni Vasif Məhərrəmli Manaf Ağayevlə aralarında yaşanan incikliyə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, sənətçi istənilən çətin vaxtlarında həmkarı Manaf Ağayevin yanında olduğunu bildirib.

Manafla dost olduğunu bildirən Vasif həmkarının onunla bağlı verdiyi açıqlamada pafosa yol verdiyini də söyləyib:

“Manafın ürəyi uşaq ürəyi kimidir, baxanda çox pafosla danışır. Bir anlıq bir söz deyib, sonra peşmanlığını çəkir. Məndən küsə bilər, amma qardaş arasında, ailədə küsülülk ola bilər”.

O, maddi və mənəvi cəhətdən həmişə Manafın yanında olduğunu deyib.

V. Məhərrəmli bu sözləri “Günün sədası” verilişinə telefon bağlantısında söyləyib.

Xatırladaq ki, müğənni Manaf Ağayev həbsdə olarkən ona etibarsızlıq edən sənət dostları arasında müğənni Vasif Məhərrəmlinin də olduğunu bildirib:

“Dost sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma özüm gördüm. Yıxılma, yıxıldınsa, məhv oldun. Bu cameəni hər zaman müdafiə etmişəm, amma dostluqlar boş imiş. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Heç xəcalət çəkmirsən, utanmırsan?”

Cəvahir

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv