!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Manatlıq taksilər yığışdırılır? – AÇIQLAMA

!Reklam – Yazi

“Taksilərlə bağlı yeni qanun qüvvəyə minərsə, böyük bir işsizliyə səbəb olacaq”.

Bunu Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanunu şərh edərkən nəqliyyat eksperti İlqar Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, sürücülərin xüsusi icazə kartları almadığı təqdirdə işlərindən kənarlaşdırılacağını bildirib:

“Qanunsuz taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan 40 min manatlıq cərimə sürücülərin maşınlarının 4-5-nin qiymətinə bərabərdir.

Əslində qanunsuz taksi xidməti sürücülərin xüsusi icazə kartının olmaması deməkdir. Yəni onlar müvafiq ödənişlər edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən kart almalıdırlar ki, taksi fəaliyyətlərini davam etdirə bilsinlər.

Ümumiyyətlə, bu qanun tətbiq edilərsə, böyük bir işsizliyə səbəb olacaq. Gərək əvvəl sürücüləri işlə təmin etsinlər, daha sonra isə onları taksi xidmətindən kənarlaşdırsınlar”.

Sadiq Cavadov

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv