!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Manatlıq taksilərin AQİBƏTİ: “Sürücülər bundan yayına biləcəklər”

!Reklam – Yazi

“Düşünürəm ki, “manatlıq” taksi adlandırdığımız nəqliyyat vasitələrini sıradan çıxarmaq üçün sərnişindaşımalarını daha da keyfiyyətli hala gətirmək lazımdır”.

Bu fikirləri Yenicag.az-a taksilərlə bağlı verilən qərarların “manatlıq” taksi adlandırılan nəqliyyat vasitələrinə təsiri haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, “manatlıq” taksi anlayışı Azərbaycana 2000-ci illərin əvvəllərində gəlib.

“Bakı şəhərində daha sıx yaşayışın və bakıətrafı qəsəbələr və digər ərazilərində daha tez və çevik hərəkət edə bilən nəqliyyat vasitələridir. Bu taksilər marşrut nəqliyyat sisteminə alternativ yaxud tıxaclardan yayınmaq üçün sürətli nəqliyyat vasitəsi sayıla bilər. Düşünürəm ki, “manatlıq” taksi adlandırdığımız nəqliyyat vasitələrini sıradan çıxarmaq üçün sərnişindaşımalarını daha da keyfiyyətli hala gətirmək lazımdır. Düzü, “manatlıq” taksilərin tam olaraq fəaliyyətinin dayanacağına, bu və digər formada onları sıradan çıxarmağın mümkün olacağına inanmıram. Onu da qeyd edim ki, bu gün “manatlıq” taksi anlayışı daha çox əlavə qazanc mənbəyi kimi anlaşılmaqdadır”, – deyə o bildirib.

Mövzu barədə Yenicag.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyir ki, “qismən qarşısı alınsa da, “manatlıq” taksilərin tamamilə qarşısını almaq mümkün olmayacaq.

“Taksilərlə bağlı verilən qərarlara görə “manatlıq” taksilərin aqibətini zaman göstərə biləcək. Əgər qanun faktoru ortaya qoysaq, o zaman təhslükəsizlik nöqteyi nəzərindən dövlət büdcəsinə ödənilən məvaciblərin daha artımlı olması ürəkaçan faktordur. Düşünürəm ki, qismən qarşısı alınsa da, manatlıq taksilərin tamamilə qarşısını almaq mümkün olmayacaq.

Bildiyimiz kimi, 20 Yanvar istiqamətində şəhərin giriş qapılarından biri olduğu üçün orada fəaliyyət göstərən manatlıq taksilər bundan yayına biləcəklər. Hətta günün pik saatlarında belə polis nəfərləri onlarla mübarizə aparmaq da çətinlik çəkir”, – R.Həsənov deyib.

İsmayıl Bakuvi

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv