Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Manzaroli: “Yaxşı oyun göstərdik”

Reklam: Sinerji Pro

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycan millisinə 1:5 hesabıyla uduzan San Marino yığmasının baş məşqçisi Pyerancelo Manzaroli oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, Manzaroli əvvəlcə matçla bağlı fikirlərini bildirib:

– San Marinonun kiçik ölkə olduğunu, oyunçuların çox gənc olduğunu nəzərə alsaq, mübarizə apardıq. Həmişə qol vurmuruq. Bu oyunda qol vurmağımız sevindirici haldı. Ancaq oyunumuzdan razı qalmadım.

– San Marino kiçik ölkədi. Bu cür ölkələr adətən milliləşdirmə edirlər. Gələcəkdə belə fikriniz var?
– Yox, çünki, San Marinoda qaydalar olduqca sərtdi. Bu da, milliləşdirmə etməyə imkan vermir. Oyunçularımızın hamısı san marinoludu. Çalışırıq ki, ölkənin şərəfini layiqincə qoruyaq.

– İlk oyunda Azərbaycan millisi 1:0 hesabıyla qalib gəlmişdi. Həmin qarşılaşma ilə müqayisədə millidə hansısa irəliləyiş olubmu?
– Dünən də demişdim, Azərbaycan futbol ənənəsi olan ölkədi. “Qarabağ” ÇL-in qrupuna düşməklə bunu sübut etdi. Bu oyunda birdən çox qol buraxdıq. Ancaq buna baxmayaraq, fikrimcə, ilk matçdakından yaxşı oyun göstərdik.

www.yenicag.az

589