Rusiya Federasiyası Maqadan vilayətinin Susumanskiy rayonunda yaşayan azərbaycanlı ailənin iki üzvü dəm qazından boğularaq ölüblər.
Yenicag.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Aslanova Mayisə Ağamirzə qızı və nəvəsi 2010-cü il təvəllüdlü Aslanov Ruslan Boran oğlu yaşadıqları evdə ölü tapılıblar.
Qonşuları tərəfindən aşkar edilən nənə və nəvənin evdə sobadan sızan dəm qazından boğularaq öldükləri aşkar edilib./Report/