!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maqnit qasırğaları insan sağlamlığına təsir göstərmir - ŞOK İDDİA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən maqnit qasırğası G4 səviyyəsinə yüksəlib. Güclü maqnit qasırğası məlumatları hər zaman insanlar arasında təşvişə səbəb olub.

Yenicag.az bildirir ki, Sankt-Peterburq Planetariumunun rəsədxanasının rəhbəri Mariya Smirnova maqnit qasırğalarının insan sağlamlığına heç bir təsir göstərmədiyini iddia edib. Onun sözlərinə görə, bəzi insanlar hələ də buna şübhə ilə yanaşsalar da, bu, bir çox elm adamları tərəfindən çoxdan sınaqdan keçirilib və sübut olunub.

Maqnit fırtınaları yüklü hissəciklərin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsirinin nəticəsidir. Bu fırtınalar elektron cihazların və rabitənin pozulması kimi bəzi narahatlıqlara səbəb ola bilər, lakin insanın fiziki sağlamlığına heç bir təsir göstərmir.

Smirnovanın fikrincə, maqnit qasırğalarının təhlükəsi haqqında mifin səbəbi rus alimlərinin köhnə araşdırmalarının nəticələrindəndir, sonradan digər alimlər bunu təkzib ediblər. Beləliklə, bu günə qədər maqnit qasırğaları ilə insan sağlamlığı arasında əlaqəni təsdiqləyən heç bir elmi dəlil yoxdur.

Maqnit qasırğalarının insanlar üçün təhlükəli olmamasına baxmayaraq, onlar hələ də elmi tədqiqat obyektidir. Alimlər Yerin maqnit sahəsini və onun kosmosla qarşılıqlı təsirini daha yaxşı başa düşmək üçün bu hadisələri öyrənirlər.

Mariya Smirnova qdyd edib ki, bu hadisələr insanlara təsir etmir və maqnit qasırğaları pik həddə çatanda belə insanlar gündəlik həyatlarını normal şəkildə davam etdirə bilirlər. Bununla belə, alimin qeyd etdiyi kimi, maqnit qasırğaları texnologiyaya , xüsusən də peyk rabitəsi və GPS naviqasiyasının işinə təsir göstərə bilər.

Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, güclü maqnit qasırğaları elektron cihazlarda problemlər yarada bilər, həmçinin elektrik sistemlərini, o cümlədən elektrik xətləri və transformatorları sıradan çıxara bilər. Beləliklə, maqnit qasırğaları sonda insanların həyatına təsir edə biləcək bəzi texniki problemlərə səbəb ola bilər.

Buna baxmayaraq, Mariya Smirnova qeyd edib ki, alimlər maqnit qasırğalarının yaratdığı potensial texniki problemlərin qarşısını almağa kömək edən yeni texnologiyalar da hazırlayırlar.

Beləliklə, maqnit qasırğaları insan sağlamlığına birbaşa təsir göstərməsə də, hazırda həyatımızın ayrılmaz hissəsi olan texnologiyaların fəaliyyətinə təsir göstərə bilər.

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv