!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maraqlı ARAŞDIRMA: Bu insanlar siqaretə daha meyilli olur

!Reklam – Yazi

Ölümcül xəstəliklərə səbəb ola bilən siqaretlə bağlı yeni araşdırma aparılıb.

Yenicag.az xəbər verir ki, alimlər şizofreniya xəstələrinin siqaretə genetik meylinin olduğunu aşkar ediblər.

Medicalxpress-in məlumatına görə, Oslo Universitetinin Norveç Psixi Pozğunluqları Araşdırma Mərkəzindən Dr. Linn Rodevandın rəhbərlik etdiyi tədqiqat qrupu şizofreniya və ürək-damar xəstəliyi (CVD) risk faktorları arasındakı əlaqəni araşdırıb. Elm adamları şizofreniya və KVH risk faktorları, xüsusən də siqaret çəkməyə başlama və bədən kütləsi indeksi arasında geniş genetik üst-üstə düşdüyünü müəyyən ediblər.

Tədqiqatçılar, şizofreniya və siqaret arasındakı genetik üst-üstə düşmənin şizofreniya xəstələrinin nikotinin asılılıq xüsusiyyətlərindən daha çox təsirlənə biləcəyinə işarə edib.

Araşdırma şizofreniya xəstələrinin genetik olaraq aşağı bədən kütlə indeksinə meyilli olduqlarına diqqət çəkib. Bundan əlavə, tədqiqat şizofreniya ilə sistolik və diastolik qan təzyiqi, tip 2 diabet, lipidlər və koronar arteriya xəstəliyi arasında bir sıra ümumi cəhətlərin olduğunu qeyd edib.

Xatırladaq ki, şizofreniya insanların reallığı anormal kimi şərh etdiyi və reallıq ilə qeyri-reallığı ayırd edə bilmədiyi psixi pozğunluq kimi tanınır.

Nəsimi Ələsgərli

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv